Azərbaycanlıların adını oğluna verdiyi ulduz Bakıda

22 Fevral 2019 15:00 Avropa Liqası 704
Azərbaycanlıların adını oğluna verdiyi ulduz Bakıda

"Beşiktaş", "Vilyareal", "Real Sosyedad" kimi klublarda çıxış edən türk futbolunun əfsanəsi Nihat Kahveci Bakıya səfər edəcək.

Martın 3-də keçiriləcək “Bakı 2019: Ulduzlar Finalı” yoldaşlıq oyununda dünyaca məhşur veteran futbolçularla yanaşı, Nihat Kahveci də iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, Bu oyun Bakıdakı Avropa Liqasının finalı ilə əlaqədar təşkil olunacaq.

N.Kahvecidən başqa sabiq futbolçular Eydur Qudyonsen, Maykl Esyen, Anderson Luis de Souza (Deku), Yeju Dudek, Revaz Arveladze də yoldaşlıq oyununda iştirak edəcək.

Nihatın 2000-lərin əvvəlində «Real Sosyedad»da sərgilədiyi fantastik performansla azərbaycanlıların sevgisini qazanıb.

Məhz həmin illərdən etibarən ölkəmizdə yeni doğulan oğlan uşaqlarına Nicat adının verilməsi yayğın hal alıb və bu sim az bir zaman kəsiyində populyarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti