Avroliqada həftənin ən yaxşı oyunçusu adına namizədlər

22 Fevral 2019 14:24 Avropa Liqası 389
Avroliqada həftənin ən yaxşı oyunçusu adına namizədlər

Avropa Liqasında 1/16 final mərhələsinin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

xəbər verir ki, namizədlər sırasında iranlı hücumçu Sərdar Azmun (“Zenit”, “Rusiya”), zambiyalı forvard Patson Daka (“Zaltsburq”, Avstriya), ispaniyalı yarımmüdafiəçi Pablo Sarabiya (“Sevilya”, İspaniya) və ingiltərəli cinah yarımmüdafiəçisi Kallum Hadson-Odoi (“Çelsi”, İngiltərə) yer alıb.

S.Azmun “Fənərbağça”nı 3:1 hesabı ilə məğlub etdikləri oyunda dubl və bir məhsuldar iki ötürmə ilə yadda qalıb.

P.Daka “Brügge”ni 4 cavabsız qolla üstələdikləri matçda 2 top vurub. P.Sarabiyanın qolu və məhsuldar ötürməsi komandasının “Latsio”nu udmağa kömək edib – 2:0.

K.Hadson-Odoi isə “Malmö”yə 3 qol vurduqları qarşılaşmada 1 dəfə fərqlənib. Qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti