“Zenit” Avropa Liqasının /6 final mərhələsinin cavab qarşılaşmasında “Fənərbaxça”ya 3:1 hesabı ilə qalib gəlib.
Sportinfo.az xəbər verir ki, “Zenit” səfərdə 0:1 hesabı iə məğlub olsa da, növbəti mərhələyə adlayıb.
Sankt-Peterburq klubunun iranlı legioneri Sərdar Azmunun isə qələbədə böyük payı olub. O, 2 qol vurub, digər qolun isə ötürməsini verib.
Bu qollar sayəsində Azmun avrokuboklarda ən çox qol vuran iranlı futbolçu olub.
Onun hesabında 8 qol var. İran yığmasının sabiq futbolçusu, azərbaycanlı Əli Daei isə avrokuboklarda 6 qol vurub.

