Avroliqanın 1/16 finalının ilk oyunlarına yekun vurulacaq

14 Fevral 2019 20:12 Avropa Liqası 562
Avroliqanın 1/16 finalının ilk oyunlarına yekun vurulacaq

Bu gün Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə 15 qarşılaşma keçiriləcək.

Türkiyənin turnirdəki iki təmsilçisindən biri olan “Qalatasaray” Portuqaliyanın “Benfika” kollektivini qəbul edəcək.

“Qarabağ”la eyni qrupda yer almış komandalardan İngiltərə “Arsenal”ı səfərdə Belarus BATE-sinin müqavimətini qırmağa çalışacaq. Portuqaliya “Sportinq”i isə evdə İspaniya “Vilyarreal”ını sınağa çəkəcək.

Bu mərhələnin ilk oyununda “Fənərbağça” doğma azarkeşlər önündə Rusiya “Zenit”ini 1:0 hesabı ilə üstələyib.

Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

21:55. "Krasnodar" (Rusiya) – "Bayer" (Leverkuzen, Almaniya)

21:55. "Slaviya" (Praqa, Çexiya) - "Genk" (Belçika)

21:55. "Latsio" (İtaliya) - "Sevilya" (İspaniya)

21:55. "Rapid" (Vyana, Avstriya) - "İnter" (İtaliya)

21:55. "Qalatasaray" (Türkiyə) - "Benfika" (Portuqaliya)

21:55. "Renn" (Fransa) – "Betis" (İspaniya)

21:55. BATE (Belarus) - "Arsenal" (İngiltərə)

21:55. "Olimpiakos" (Yunanıstan) - "Dinamo" (Ukrayna)

24:00. "Brügge" (Belçika) - "Zalsburq" (Avstriya)

24:00. "Malmö" (İsveç) - "Çelsi" (İngiltərə)

24:00. "Seltik" (Şotlandiya) - "Valensiya" (İspaniya)

24:00. "Sportinq" (Portuqaliya) - "Vilyarreal" (İspaniya)

24:00. "Sürix" (İsveçrə) - "Napoli" (İtaliya)

24:00. "Viktoriya" (Plzen, Çexiya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

24:00. "Şaktyor" (Donesk, Ukrayna) - "Ayntraxt" (Frankfurt, Almaniya)

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM