Avroliqa matçından öncə dava - 3 nəfər bıçaqlandı

14 Fevral 2019 17:00 Avropa Liqası 416
Avroliqa matçından öncə dava - 3 nəfər bıçaqlandı

Avropa Liqasının 1/16 final mərhələsində "Latsio" "Sevilya"nı qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, oyundan öncə paytaxt Romada ara qarışıb.

Paytaxt küçələrində rastlaşan "Latsio" və "Sevilya" azarkeşləri arasında dava baş verib və üç nəfər bıçaqlanıb.

Davada 40-a yaxın şəxs iştirak edib. İki ispaniyalı və bir amerikalı xəsarət alıb. Xəstəxanaya çatdırılan şəxslərdən birinin vəziyyəti ağırdır.

Sözügedən qarşılaşma bu gün Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti