AFFA-nın baş katibinin nə yatmağı var, nə istirahəti - FOTO

13 Fevral 2019 14:00 Avropa Liqası 637
AFFA-nın baş katibinin nə yatmağı var, nə istirahəti - FOTO

Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Azərbaycan paytaxtına sonuncu – 5-ci işgüzar səfəri davam edir.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA-nın 57 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik, marketinq, media və s. məsələlərlə bağlı görüş keçirir.

AFFA-nın baş katibi Elxan Məmmədov Bakı Olimpiya Stadionunda təşkil olunmuş görüşlərdə iştirak edib, qeyd olunan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Səfər fevralın 15-dək davam edəcək. Avropa Liqasının final oyunu mayın 29-da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti