"Qalatasaray"ın ulduzu: "Ümid edirəm, Türkiyə klubu Bakıda qalib gələr"

7 Fevral 2019 14:00 Avropa Liqası 584
"Qalatasaray"ın ulduzu: "Ümid edirəm, Türkiyə klubu Bakıda qalib gələr"

Avropa Liqasının kuboku Türkiyənin İstanbul şəhərində nümayiş olunub.

Sportinfo.az xəbər verir ki, tədbirdə "Qalatasaray"ın heyətində UEFA Kubokunu (hazırkı Avropa Liqası) qazanan sabiq futbolçuları - Ergün Penbe və Hakan Ünsal da iştirak ediblər.

E.Penbe vaxtilə bu kuboku qazandıqlarını xatırladıb: "Bunu muzeyimizə gətirdik. Kuboku qazananda toxuna bilməmişdim.

İndi toxunmaq üçün fürsət tapdım. Həmin gün mənim doğum günüm idi. Ümid edirəm ki, Bakıdakı finalda Türkiyə komandası qalib olar".

Hakan Ünsal isə kuboku görəndə xatirələr, qürur və xoşbəxtliyin onda canlandığını söyləyib: "Əslində, kuboku unutmuşdum.

Bu kubok ölkədəki bir çox şeyi dəyişdirib. Həmin vaxt baş məşqçilərə və futbolçulara yol göstərən bir kubok idi.

"Qalatasaray" 2000-ci ildə UEFA Kubokunu qazanıb. Bu mövsüm Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Hazırda Türkiyə təmsilçilərindən "Fənərbağça" və "Qalatasaray" bu turnirdə mübarizəni davam etdirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti