Bakıdakı finalda VAR olacaq

6 Fevral 2019 09:24 Avropa Liqası 418
Bakıdakı finalda VAR olacaq

Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında VAR (Video Assistant Referee) sistemindən istifadə olunacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın İcraiyyə Komitəsi qərar qəbul edib.

Qərara əsasən, mayın 29-da Bakıda keçiriləcək finalda ilk dəfə VAR sisteminə müraciət ediləcək. Bu isə o deməkdi ki, bu, Azərbaycanda VAR sistemindən istifadə olunan ilk matç kimi tarixə düşəcək.

Həmçinin, UEFA Hakimlər Komitəsinin italiyalı sədri Roberto Rozetti Çempionlar Liqası üçün VAR sistemi hakimlərini hazırlaşdırır.

Bildiyiniz kimi, gələn həftədən etibarən Çempionlar Liqası həyəcanı yenidən başlayır və “play-off” mərhələsindən etibarən VAR sistemindən istifadə olunacaq.

Bu sistem bu il Portuqaliyanın Portu və Qimaraynş şəhərlərində keçiriləcək Millətlər Liqasının Dördlər finalında, eləcə də, İtaliya və San-Marinoda baş tutacaq 19 yaşadək millilərin Avropa çempionatında da hakimlərin köməyinə çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti