"Arsenal"ın futbolçusu Emil Smit-Rou mövsümün sonunadək "Leyptsiq"ə icarəyə verilib.
Smit-Rou gələcəyin ulduzlarından sayılır.
Bu mövsüm o, "kanonirlər"in əsas komandasında debüt edərək, 6 oyunda iştirak edib. O, qollarından 2-ni Avropa Liqasında "Qarabağ" və Ukrayna "Vorskla"sının qapısından keçirib.
Bakıda və Kiyevdə keçirilmiş hər iki qarşılaşma "topçular"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Emil Smit-Rou həm də İngiltərənin 19 yaşadək futbolçulardan ibarət milli komandasının üzvüdür.

