Qurban Qurbanov köməkçilərini dəyişsin – Yeni "Qarabağ" standartı

14 Yanvar 2019 15:00 Avropa Liqası 1 041
Qurban Qurbanov köməkçilərini dəyişsin – Yeni "Qarabağ" standartı

Ötən ilin dekabrında Avropa Liqasında qrup mərhələsinə yekun vuruldu.

Avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Qarabağ” turnirdəki son qarşlaşmasını səfərdə keçirdi.

Qurban Qurbanovun komandası Londonda “Arsenal”ın qonağı oldu - 1:0. İngiltərədə baş tutan matç Azərbaycan klublarının avrokuboklar tarixində 8-ci qrup finişi idi.

Söhbət qrup mərhələsinin son turundan gedir. İndiyədək 8 dəfə qrupa düşən təmsilçilərimiz həmişə son görüşü dekabrda keçirib.

İlin son ayında baş tutan əvvəlki 7 finiş uğurlu alınmayıb. Bu oyunların üçü evdə, dördü səfərdə keçirilib.

Yalnız 2 heç-heçə edən təmsilçilərimiz 5 dəfə uduzub. Hər iki sülh İtaliya “İnter”i ilə matçlarda qeydə alınıb. “Neftçi” səfərdə 2:2, “Qarabağ” evdə 0:0-a imza atıb.

Ağdam klubunun digər üç dekabr matçı məğlubiyyətlə nəticələnib. “Qəbələ” də hər iki cəhddə uduzub.

Qrupda finiş: Klublarımızın dekabr oyunları

06 dekabr 2012. “İnter” (İtaliya) – “Neftçi” - 2:2
11 dekabr 2014. “Qarabağ” – “İnter” (İtaliya) - 0:0
10 dekabr 2015. “Qəbələ” – “Krasnodar” (Rusiya) – 0:3
10 dekabr 2015. “Anderlext” (Belçika) – “Qarabağ” – 2:1
8 dekabr 2016. “Qarabağ” – “Fiorentina” (İtaliya) – 1:2
8 dekabr 2016. “Maynts” (Almaniya) – “Qəbələ” – 2:0
5 dekabr 2017. “Roma” (İtaliya) – “Qarabağ” – 1:0

Ən azı, hazırkı heyətə uyğun taktiki hədəflər görmürük, məşqçi korpusunun əvvəlki planları yerindədi.

Hətta Londonda, son matçda komandanın qol vurmaq üçün kimə güvənmək istədiyi, oyun quruculuğu üçün kiminlə irəliləyəcəyi də bəlli deyildi.

Deməli, bu oyun sistemi ilə məğlubiyyət əvvəldən qəbul edilib və belə bir komandaya kim və nə üçün azarkeşlik etməlidi.

«Qarabağ»ın «Arsenal»la ilk oyununu xatırlayanlar da, sonrakı matçlarda komandanın gedişlərinə diqqət edənlər də, yəqin, razılaşar ki, bu kollektivin arxa planda oyun çözən, rəqibləri təhlil edən güclü mütəxəssis komandası yoxdu.

Köməkçilərindən yalnız Elçin rəhmanov Qurban Qurbanovun əlini gücləndirir, qalanları barədə bu sözləri demək isə… Çətin, çox çətindi.

«Qarabağ»ın indiki problemlərindən biri də fiziki hazırlığın yetərli olmamasıdı. Belədə funksional çatışmazlıqlar qapını döyür.

Bir sözlə, tək starteji və proqram xarakterli fəaliyyətdə deyil, oyun planında Ağdam təmsilçisinin öyrənməli olduğu çox şey var.

Avropaya çıxmaq istəyən komanda daim nəyəsə can atmalıdı. Yerli klubların fonunda güclü olmaqla çox şeyə nail olmaq mümkün deyil.

«Hərəkət daimi inkişafın təməlidi» prinsipi ilə komanda zamanla səhvlər edib, zamanla qazanmağı da hələ bundan sonra öyrənməlidi.

Bu sözlərdən sonra bir neçə il əvvəl yüksəlişə başlayan və sonra qəfil dəyişikliklərlə sönən bir «Qarabağ»ın tarixçəsini xatırladım.

Bu komandanın həmin heyətin davamçısı olmaması üçün indi - qış fasiləsində qərarlar verilməlidi.

Çünki Azərbaycan futbolu üçün kimin çempion olması deyil, artıq elə həmin «Qarabağ»ın gətirdiyi standartlarla kimin Avropa arenasında uğur qazanacağı ilə ölçülməlidi.

Ən azı, bu qeydlərimizdən göründüyü kimi, klubun çıxışına Avropa futbolu prizmasından, özü də, ən aşağı tələblər səviyyəsində qiymət verməyə çalışdıq. Qalan məsələləri isə zamanla yazarıq.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti