Almaniyada II Bundesliqa təmsilçisi "Sankt-Pauli"nin formasını geyinən Yohannes Flum karyerası ilə bağlı maraqlı fikirlər səsləndirib.
Sportinfo.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "Ayntraxt"dakı çıxışına daha geniş yer ayırıb.
O, 4 il formasını geyindiyi "Ayntraxt" xatirələrini bölüşərkən 2013-14 mövsümündə Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la səfər görüşünü xüsusi vurğulayıb.
Çünki Bakdakı oyun Flumun karyerasında ilk avrokubok görüşü idi: "Ayntraxt"dakı ilk ilimdə Avropa Liqasında çıxış edirdik.
Pley-off mərhələsində "Qarabağ"la oynayırdıq. Avropa arenasındakı debüt oyunuma Azərbaycanda çıxdım.
Bakıdakı qarşılaşma yaxşı yadımdadı. "Qarabağ" pis oynamırdı, ancaq Aleks Meyerin qolları sayəsində 2:0 hesabı ilə qalib gəldik.
Həmin vaxt birinə dedim ki, çox yaxşı iş çıxardı. Cavabı isə belə olmuşdu: "Buna öyrəşəcəksən. Bu, normaldı".
Bakıda 2:0, Frankfurtda isə 2:1 hesabı ilə qalib gələn "Ayntraxt" qrup mərhələsinə vəsiqə qazanmışdı. Həmin mövsüm almanlar 1/16 finalda "Porto"ya məğlub olaraq mübarizəni dayandırmışdı.

