"Arenal"ın baş məşqçisi "Qarabağ"a görə tənqid olundu

7 Yanvar 2019 13:12 Avropa Liqası 569
"Arenal"ın baş məşqçisi "Qarabağ"a görə tənqid olundu

"Arsenal"ın son vaxtlar qeyri-stabil çıxışı yerli KİV-in diqqətindən yayınmayıb.

Xüsusən də Premyer Liqanın XX turunda "Liverpul"a böyükhesablı (1:5) məğlubiyyət narahatlıq yaradıb.

Sportinfo.az xəbər verir ki, "topçular"a yaxın saytlardan biri bunu baş məşqçi Unay Emeri ilə əlaqələndirib.

Həmkarlarımız ispaniyalı mütəxəssisin Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la matçdan sonrakı fikirlərini də xatırladıblar:

"Emeri "Qarabağ"a qalib gəldikdən sonra əziyyət çəkdiklərini demişdi. Hətta "əziyyət çəkməyimiz yaxşıdı, asan oyunlar istəmirəm" fikrini də səsləndirmişdi.

Ancaq görünən odu ki, "Arsenal" hələ indi əziyyət çəkməyə başlayıb. "Enfild Roud"dakı əziyyətin nəticəsi isə tabloda göründü".

"Arsenal" qrup mərhələsində "Qarabağ"ı Bakıda 3:0, Londonda isə 1:0 hesabı ilə məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti