"Sportinq"in ulduzu Luiş Nani ölkəsinin mətbuatına müsahibə verib.
Sportinfo.az xəbər verir ki, 32 yaşlı futbolçu 2018-ci ildəki uğurlarından danışıb.
Portuqaliyalı yarımmüdafiəçi "Qarabağ"la Bakıda keçirdikləri matçı xatırlayıb və vurduğu möhtəşəm qolu qeyd edib. O, həmin qolu "sənət əsəri" adlandırıb.
"Sportinq" Bakı Olimpiya Stadionunda keçirilən oyunda "Qarabağ"a 6:1 hesabı ilə qalib gəlmişdi.

