Avropa Liqasının qrup mərhələsinin VI turundan sonra turnirdə çıxış edən futbolçuların fərdi reytinqi açıqlanıb.
Sportinfo.az xəbər verir ki, siyahıda ən yaxşı Azərbaycan futbolçusu Qara Qarayevdi.
Ümumi siyahıda 558-ci yerdə qalan “Qarabağ”ın futbolçusu 1151 xala malikdi. “Astana”dakı təmsilçimiz Riçard Almeyda geriləyib. 821 xala malik yarımmüdafiəçi 658-ci yerdədi.
Ölkəmizin 3-cü oyunçusu isə Mahir Mədətovdu. O, 453 xalla 785-cidi. Lakin Qara və Mədətov turnirdəki yeganə Azərbaycan təmsilçisi “Qarabağ”ın ən yaxşı 3 futbolçusu siyahısından kənardadı.
Abdullah Zubir 2058, Donald Gerye 1327, Miçel 1184 xala malikdi. Cədvələ isə Almaniya “Ayntraxt”ının oyunçusu Sebastyan Haller başçılıq edir. Onun hesabında 7549 xal var.

