Zinəddin Zidan Azərbaycana gəlməkdən imtina etdi

27 Dekabr 2018 12:36 Avropa Liqası 965
Zinəddin Zidan Azərbaycana gəlməkdən imtina etdi

Dekabrın 22-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında UEFA Avropa Liqasının muzeyi fəaliyyətə başlayıb.

Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA prezidenti Rövnəq Abdullayev, eləcə də ölkə futbol ictimaiyyətinin tanınmış simaları iştirak edib.

Mərasim zamanı qonaqlara məlumat verilib ki, Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq kampaniyasının tərkib hissəsi olan muzey üç hissədən ibarətdi.

Hər ziyarətçi girişdə qedyiyyatdan keçməlidi. Giriş pulsuzdu. Burada Avropa Liqası tarixini əks etdirən 37 eksponat var.

Onlar arasında 2008-2018-ci illərdə keçirilmiş final oyunlarında iştirak etmiş komandaların futbolçularının imzalı formaları, Avropa Liqasının rəsmi topu qeyd oluna bilər.

Yarışın final qarışlaşmalarında istifadə edilmiş imzalı oyun topları da maraqlı eksponatlardandı. Əfsanəvi hakimimiz Tofiq Bəhramova hədiyyə olunmuş köynək də burada nümayiş etdirilir.

Sərginin milli guşələri də var. Burada turnirdə ilk mərhələ adlayan klubumuz «Karvan»ın, həmçinin qrup mərhələsinə vəsiqə əldə etmiş «Qəbələ» və «Qarabağ»ın da köynəkləri yer alıb.

Muzeydə xüsusi monitorlarda Avropa Liqasının unudulmaz anları, ən gözəl 100 qol, final qarşılaşmaları qolları və digər maraqlı məqamlar bir daha bu turnirin keçmişinə bir səyahət ola bilər.

Sərgi iştirakçılarına müxtəlif əyləncəli proqramlar, maraqlı intellektual yarışlarda iştirak təklif olunur.

Yanvarın 7-nə qədər burda müxtəlif ulduzlarla imza günləri də keçiriləcək. Açılışın ertəsi günü təşkil edilmiş ilk imza mərasimində tanınmış argentinalı futbolçu “İnter”in heyətində üç dəfə İtaliya çempionu olmuş Ernan Krespo UEFA-nın ulduz səfiri qismində futbolsuvərlərlə görüşüb.

Krespo İtaliyanın “Parma” klubunun heyətində UEFA Kubokunun 1998-1999-cu il mövsümünün qalibi olub. Muzey yanvarın 7-dək fəaliyyət göstərəcək.

Krespo gəldi, mart və aprel aylarında isə daha 2 ulduzun Bakıya səfəri planlaşdırılır. Zinəddin Zidanı burda görmək, deyəsən, bizlərə nəsib olmayacaq.

Yayda «Real»dan ayrılan fransalı ünlü şəxsi işlərinin çoxluğunun səbəb gətirərək, yolunu Bakıdan sala bilməyəcəyinə dair AFFA-ya xəbərdarlıq edib.

Baxmayaraq ki, bu kimi məsələlər UEFA ilə razılaşdırılır və AFFA onların xətti ilə hərəkət edir. Odu ki, federasiya digər tanınmış keçmiş futbolçularla təmasa keçib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti