Mxitariyan “Qarabağ“ın futbolçularının onu əzişdirəcəyindən qorxub!

26 Dekabr 2018 17:12 Avropa Liqası 815
Mxitariyan “Qarabağ“ın futbolçularının onu əzişdirəcəyindən qorxub!

“Arsenal”lı Henrix Mxitariyan Ermənistanda ilin ən yaxşı futbolçusu seçilə bilməyib.

Ardıcıl 7 il bu ada layiq görülən 29 yaşlı yarımmüdafiəçi mövqeyini əldən verib.

Qazaxıstan "Aktobe"sində çıxış edən milliləşdirilmiş braziliyalı yarımmüdafiəçi Markos Pizzelli 171 xalla birinci yeri tutub.

Yığmanın kapitanı olan Mxitaryan 119 xalla ikici yeri tutub. Almaniyanın “Regensburq” komandasının hücumçusu Sarkis Adamyan isə 32 xalla üçüncü pillədə qərarlaşıb.

Ehtimal budu ki, Mxitaryan «Qarabağ»la matçda meydana çıxmaq istəmədiyi üçün bu cür münasibət görüb.

Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən «Arsenal» - «Qarabağ» qarşılaşmasını ehtiyat skamyadan izləyən yarımmüdafiəçi ilə bağlı maraqlı iddia irəli sürülüb.

Belə ki, onun zədələnməkdən qorxduğu üçün baş məşqçi Unal Emeridən kənarda saxlanılmasıı istədiyi bildirilir,

Yeri gəlmişkən, Ermənistanda ilin ən yaxşı baş məşqçisi adına “Pünik”ə rəhbərlik edən Andrey Talalayev layiq görülüb.

Ermənistan futbolu tarixində ilk dəfə avrokuboklarda III təsnifat mərhələsinə qədər irəliləyən rusiyalı mütəxəssis 70 xalla qalib olub.

Andrey Talalayev Ermənistanın Futbol Federasiyasının İntizam Komitəsinin qərarı ilə 2019-cu il mayın 31-dək diskvalifikasiya edilib. Səbəb baş məşqçinin “Qandzasar”la oyunda dördüncü hakimi təhqir etməsidi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti