Dünya şöhrətli futbolçunun Bakıda keçirdiyi gecə - VİDEO

25 Dekabr 2018 14:48 Avropa Liqası 534
Dünya şöhrətli futbolçunun Bakıda keçirdiyi gecə - VİDEO

Gələn il Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində argentinalı sabiq futbolçu, dünya şöhrətli hücumçu Ernan Krespo UEFA-nın ulduz səfiri qismində Azərbaycana gəlib.

Sportinfo.az xəbər verir ki, Bakıda Avropa Liqasına həsr olunmuş muzeydə “İnter”in heyətində üç dəfə İtaliya çempionu olmuş E.Kresponun imza günü təşkil edilib.

Muzeyin ziyarətçiləri imza günündə sabiq hücumçu ilə yaxından tanış olub, ondan imza alıb, eləcə də foto çəkdiriblər. Muzey ilə tanış olan E.Krespo, həmçinin “İnter” klubunun Bakıdakı azarkeşləri ilə də görüşüb.

E.Krespo İtaliyanın “Parma” klubunun heyətində UEFA Kubokunun 1998-1999-cu il mövsümünün qalibi olub.

Onun adı 2004-cü ildə FIFA-nın 100 illik yubileyi münasibətilə Pele tərəfindən tərtib edilmiş yaşayan 125 ən yaxşı futbolçunun siyahısında yer alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti