Bakıda dünya ukluzu üçün böyük növbə yarandı - FOTOLAR

24 Dekabr 2018 00:20 Avropa Liqası 576
Bakıda dünya ukluzu üçün böyük növbə yarandı - FOTOLAR

Azərbaycanda səfərdə olan məşhur argentinalı futbolçu Ernan Krespo Avropa Liqasının Bakı Muzeyində imza günü (avtoqraf) və fotosessiya keçirib.

Sportinfo.az xəbər verir ki, bir sıra məşhur Avropa klublarının keçmiş futbolçusu ilə görüşdə böyük növbə yaranıb.

Görüşə Ernan Kresponun, tərkibiində üç dəfə İtaliya çempionu olduğu “İnter" in Bakıdakı azarkeşləri də gəliblər. Qonaqlarla söhbətdən sonra Krespo jurnalistlərin suallarını cavablandırıb.

"Bu, Bakıya ilk səfərimdir. Təəssüf ki, burada qısa müddətdə olacağam. Gələn dəfə çalışacağam ki, daha çox vaxtım və şəhəri gəzmək imkanım olsun", -deyə məşhur futbolçu vurğulayıb.

Hazırda yerli "Banfild" komandasının baş məşqçisi olan 43 yaşlı sabiq hücumçu onu da bildirib ki, 2019-cu il mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final matçını izləməyə çalışacaq:

“Bu yaxınlarda Argentinanın "Banfild" komandasına baş məşqçi təyin olunmuşam. Ola bilsin, işlə əlaqədar gəlməyim. Amma imkan olsa, alınsa, gələcəyəm”.

Ernan Krespo finalda hansı komandanı görmək istədiyini də açıqlayıb: “Çox istərdim ki, "Çelsi", İnter" və "Latsio" komandalarından hansısa Bakıda olsun. Çünki bu komandalarda özüm də çıxış etmişəm və onlara simpatiyam var”.

Hazırda "Banfild"də çalışan məşqçi nə vaxtsa Azərbaycanda işləyə biləcəyini də istisna etməyib: “Bəlkə də gələcəyəm. Bilmək olmaz”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti