"QARABAĞ" - Oyun da bitdi, yarış da, bitməyən səhvlər oldu

22 Dekabr 2018 15:00 Avropa Liqası 660
"QARABAĞ" - Oyun da bitdi, yarış da, bitməyən səhvlər oldu

Builki Avropa klub futbolu kuboklarında da ölkəmizin yeganə ümidi olan «Qarabağ» mövsümü yenə qrup mərhələsində başa vurdu.

Əlbəttə, son illərdə komandanın sabit qaydada qrup yarışlarına vəsiqə əldə etməsi böyük qazanc hesab edilə bilər.

Lakin zamanla bu qayda olmalıdı və Ağdam təmsilçisinin çıxışına da məhz bu prizmadan yanaşırıq və bu aspektdən ölkəmizin futbol klubları arasında ən yüksək bu həddə davamlı çatan yeganə komanda olması «Qarabağ»ın çıxışına haqq qazandırmır.

Klub hələ ikinci dəfə qitəmiqyaslı yarışın qrup turnirinə vəsiqə qazananda strateji hədəflərini qurmalı və buna doğru addımlamalı idi. İllərdi dönə-dönə yaxdığımız da bu idi.

Fəqət bunun əvəzində gah eyforiya, gah əldə olunanla kifayətlənmək, gah bəyanatlar, gah oyunçuların cızığından çıxması, gah da azarkeşlərlə bağlı açıqlamalar ötən dövrün ən «yaddaqalan» məqamları oldu və bundan başqa hələ çox mənfi emosional elementləri də sadalamaq mümkündü.

Yeni mövsümdə kollektivin nədənsə qəfil yenilənməsi qərarı verildi və nəticədə, məğlubiyyətin təməli əvvəldən qoyuldu. Çünki belə məqamların ağrılı keçməsi daha çox rast gəlinən haldı.

Üstəlik, Azərbaycan klublarının strateji düşüncə tərzinin indiki səviyyəsində qəti mümkün olan bir şey deyil. «Qarabağ» da yandı.

“Qarabağ” qitə miqyaslı oyunlarda 19 futbolçunun xidmətindən yararlanıb. Ağdam təmsilçisi bu oyunçularla Çempionlar Liqasında 6, Avropa Liqasında 8 qarşılaşmaya çıxıb.

Qurban Qurbanovun güvəndiyi futbolçulardan yalnız ikisi bütün matçlarda şans qazanıb. Bunlar hərəyə 14 oyun keçirən Maksim Medvedevlə Mahir Mədətovdu.

Meydanda daha çox dəqiqə keçirən Maksim bu göstərici hesabına komanda yoldaşını qabaqlayır. 6 futbolçu isə yalnız bir oyunu buraxıb.

“Qarabağ”ın avrokubok mövsümündəki bombardiri adına da iki iddiaçı var. Donald Gerye və Dani Kintana hərəyə 2 qol vurub. Qol sevinci yaşayan digər 6 oyunçu isə hərəyə 1 dəfə fərqlənib.

futbolçu

O

D

Q

SV

QV

Maksim Medvedev

14

1227

1

3

0

Mahir Mədətov

14

941

0

2

0

Donald Gerye

13

1169

2

3

0

Qara Qarayev

13

1163

0

5

1

Miçel

13

1083

1

1

0

Abdullah Zubir

13

1083

1

1

0

Simeon Slavçev

13

950

0

4

0

Filip Ozobiç

13

611

1

1

0

Bədavi Hüseynov

11

990

0

1

0

Rəşad Sadıqov

11

888

0

1

0

Vaqner da Silva

10

900

-8

0

0

Yakub Jezniçak

9

728

0

2

0

Con Delarj

9

303

1

0

0

İnnosent Emeqara

7

561

0

0

1

Araz Abdullayev

6

315

1

0

0

Hannes Halldorsson

4

360

-8

0

0

Coşqun Diniyev

4

201

0

0

0

Ansi Aqolli

4

198

0

0

0

Dani Kintana

4

144

2

0

0

Abbas Hüseynov

3

31

0

0

0

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti