"Vorskla"nın hücumçusu "Qarabağ"ın "yarasını qopartdı"

21 Dekabr 2018 15:00 Avropa Liqası 619
"Vorskla"nın hücumçusu "Qarabağ"ın "yarasını qopartdı"

"Avropa Liqasında mümkün qədər irəli getmək istəyirdik.

Amma rəqiblərin gücünü nəzərə aldıqda, qrupdan çıxmağa ümid etmək çətin idi".

Sportinfo.az xəbər verir ki, bunu "Vorksla"nın futbolçusu Mixail Sergiyçuk sport.ua-ya müsahibəsində deyib.

27 yaşlı hücumçu komandasının qrup mərhələsindəki çıxışından danışıb: "İngiltərə "Arsenal"ı və Portuqaliya "Sportinq"inə qarşı oynamaq ikiqat xoş idi.

Belə tanınmış komandalarla görüşlərdə özünü sınamaq və təcrübə toplamaq olar. "Qarabağ"a səfərdə qalib gəldik və Avroliqada ilk xallarımızı topladıq. Bu, önəmlidi".

"Vorskla" "Qarabağ"a Bakıda 1:0 hesabı ilə qalib gəlsə də, Poltavada eyni hesabla uduzub. Hər iki komanda E qrupunu 3 xalla 3-4-cü pillələrdə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!