Sportinfo.az xəbər verir ki, «Qarabağ»ın qafiləsində Londona səfər edənlər arasında AFFA-nın əməkdaşı, əsas yığmanın işçisi Aydın Rüstəmov də var idi.
Robert Prosineçki ilə Berti Foqtsun dönəmində tərcüməçilik edən, Qurban Qurbanovlu millidə son 1 ildə isə menecer kimi fəaliyyət göstərən Rüstəmovun İngiltərəyə yollanması maraq doğurmaya bilməzdi.
Düşünmək olardı ki, Aydın bəy ağdamlılara AFFA-nın xeyir-duası və ya tapşırığı ilə qoşulub. Amma yox.
Klubun mətbuat xidmətinin şefi Nurlan İbrahimovu dinlyək “Avroliqanın qrup mərhələsinin püşkü atılanda Qurban Qurbanov eyni zamanda həm də yığmanın baş məşqçisi idi.
Aydın Rüstəmov da yığmada çalşdığından, Qurban müəllimdən Londona səfər etmək arzusunda olduğunu bildirmişdi. O vaxtdan ona söz verilmişdi deyə, səfəri reallaşdı”.

