UEFA "Qarabağ"ı 20 min avro məbləğində cərimələdi

19 Dekabr 2018 13:12 Avropa Liqası 612
UEFA "Qarabağ"ı 20 min avro məbləğində cərimələdi

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Ukraynada "Vorskla" və "Qarabağ" arasında keçirilmiş Avropa Liqasının qrup mərhələsinin IV tur matçında baş verənlərlə bağlı qərarını açıqlayıb.

oyundann sonra açılmış intizam işi əsasında hər iki kluba 20 min avro cərimə kəsilib.

Səbəb oyun zamanı həm "Vorskla", həm də "Qarabağ" azarkeşlərinin fişənglər yandıraraq, meydana atmaları olub.

Noyabrın 8-də "Qarabağ"la ev oyununun 50-ci dəqiqəsində Ukrayna klubunun fanatları fişənglər yandıraraq, meydana atıblar.

Bu səbəbdən, görüş 4 dəqiqə dayandırılıb. 65-ci dəqiqədə isə eyni hal azərbaycanlı tərəfdarların olduğu sektorda yaşanıb.

Bu dəfə isveçrəli baş hakim Sandro Şörer komandaları paltardəyişmə otağına göndərib. 8 dəqiqə sonra bərpa olunan qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti