"Həmişə olduğu kimi, sakit idim, amma proseduru maraqla izlədim.
"Arsenal" düşə biləcək rəqiblər arasında ən güclülərdən biri idi.
Rəqibin necə komanda olduğunu yaxşı bilirik. Unai Emeri 3 dəfə Avropa Liqasını qazanmış baş məşqçidir. Bu da hər şeydən xəbər verir".
Sportinfo.az xəbər verir ki, bu sözləri BATE-nin baş məşqçisi Aleksey Baqa deyib.
37 yaşlı mütəxəssis Avropa Liqasının 1/16 final mərhələsinin püşkünü dəyərləndirib. Borisov klubunun baş məşqçisi bu mərhələdə üz-üzə gələcəkləri "Arsenal"ın "Qarabağ"a qarşı keçirdiyi oyunlarını izləyəcəklərini deyib:
"Ötən il "Arsenal"a qarşı oyunlarıdan müəyyən təəssüratlarım var. Ancaq indiki komanda xeyli fərqlidir.
Rəqibimiz barədə ən çox informasiyanı qrup mərhələsində "Qarabağ"a qarşı keçirdikləri oyunlardan öyrənə biləcəm.
Çünki biz ÇL-in təsnifat mərhələsində "Qarabağ"la qarşılaşmışdıq. "Arsenal" xeyli irəli gedib. Onlar Premyer Liqada ötən tura kimi 22 oyunda uduzmamışdılar".
BATE "Qarabağ"la Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşmışdı.
Borisovlular Bakıda 1:0 hesabı ilə qalib gəlmişdi, evdə isə 1:1 hesablı heç-heçə edərək, təmsilçimizi mübarizədən kənarlaşdırmışdı.
"Arsenal" isə Avropa Liqasının qrup mərhələsinin hər iki oyununda "Qarabağ"a qalib gəlib (3:0, 1:0).

