"Qalatasaray" və "Fənərbağça" üçün: "Sonu Bakı olsun"

18 Dekabr 2018 00:30 Avropa Liqası 466
"Qalatasaray" və "Fənərbağça" üçün: "Sonu Bakı olsun"

Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.

Sportubfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə 32 komanda 16 cütlük təşkil edib.

Qrup mərhələsində ilk iki yeri tutanlar, həmçinin Çempionlar Liqasının qrup üçüncüləri rəqiblərini tanıyıb. Bu raundda eyni qrupdan çıxanlar və bir ölkəni təmsil edənlər üz-üzə gəlməyəcək. İlk görüşlər səpələnməmişlərin meydanında baş tutacaq.

Qonşu Türkiyə təmsilçiləri “Qalatasaray”la “Fənərbaxça”nın da rəqibi məlum olub. Sonuncular Rusiya “Zenit”i ilə üz-üzə gələcək. “Qalatasaray” isə Portuqaliya “Benfika”sı ilə görüşəcək.

1/16 final mərhələsinin oyunları 2019-cu ildə keçiriləcək. İlk matçlar fevralın 12-14-də, cavab qarşılaşmaları 20-21-də baş tutacaq. Avropa Liqasının final oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.

“Viktoriya” (Çexiya) - “Dinamo” (Xorvatiya)

“Brügge” (Belçika) - “Zalsburq” (Avstriya)

“Rapid” (Avstriya) - “İnter” (İtaliya)

“Slaviya” (Çexiya) - “Genk” (Belçika)

“Krasnodar” (Rusiya) – “Bayer” (Almaniya)

“Sürix” (İsveçrə) - “Napoli” (İtaliya)

“Malmö” (İsveç) - “Çelsi” (İngiltərə)

“Şaktyor” (Ukrayna) - “Ayntraxt” (Almaniya)

“Seltik” (Şotlandiya) - “Valensiya” (İspaniya)

“Renn” (Fransa) – “Betis” (İspaniya)

“Olimpiakos” (Yunanıstan) - “Dinamo” (Ukrayna)

“Latsio” (İtaliya) - “Sevilya” (İspaniya)

“Fənərbaxça” (Türkiyə) - “Zenit” (Rusiya)

“Sportinq” (Portuqaliya) - “Vilyarreal” (İspaniya)

BATE (Belarus) - “Arsenal” (İngiltərə)

“Qalatasaray” (Türkiyə) - “Benfika” (Portuqaliya)

Türkiyəli həmkarlarımız hər iki komandanın budəfəki turnirdə iddialı olduğunu vurğulayıb. "Sonu Bakı olsun" başlığı qoyulan məqalədə həm "Qalatasaray", həm də "Fənərbağça"nın hədəfinin məhz final olduğu qeyd edilib.

"Sarı-qırmızılılar" 2000-ci ildə turnirin kubokunu muzeyinə aparmış, "sarı-lacivərdlilər" isə 2013-cü ildə yarımfinala qədər irəliləmişdi.

Hər iki komanda gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşmasının iştirakçısı olmaq istəyir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti