“Qarabağ”la oyundakı ERMƏNİ HOQQASIna görə təhlükəsizlik tədbirlərini gücləndirəcək

15 Dekabr 2018 14:00 Avropa Liqası 541
“Qarabağ”la oyundakı ERMƏNİ HOQQASIna görə təhlükəsizlik tədbirlərini gücləndirəcək

“Arsenal” Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turunda “Qarabağ”la görüşdə baş vermiş insidentə görə təhlükəsizlik təbdirlərini gücləndirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə klubdan “Sky Sports”a bildirilib.

London təmsilçisi dekabrın 13-də baş verən insidentin fonunda təhlükəsizlik məsələsinə təkrar baxacaq: “Emireyts” stadionunda təhlükəsizlik tədbirləri davamlı gözdən keçirilir.

Cümə axşamı baş verən insidentin fonunda kənar şəxslərin meydançaya girməsinin qarşısını almaq üçün daha nələr etməyin mümkünlüyünə baxacağıq.

Bizim arenada bu cür hadisələr nadir hallarda baş verir. Çünki təlim keçmiş stüardlarımız bu cür cəhdlərə nəzarət edirlər”.

UEFA “Arsenal”ın 1:0 hesabı ilə qalib gəldiyi matçın 90+3-cü dəqiqəsində erməni azarkeşin "Dağlıq Qarabağ"dakı separatçı rejimin bayrağı ilə meydana daxil olmasına görə intizam işi açıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti