Rəşad Sadıqovun erməni ilə TEZ-BAZAR "RAZBORKA"SI - VİDEO

15 Dekabr 2018 11:36 Avropa Liqası 691
Rəşad Sadıqovun erməni ilə TEZ-BAZAR "RAZBORKA"SI - VİDEO

Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilmiş “Arsenal” - “Qarabağ” matçının sonlarında meydana əlində Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə daxil olan erməni ilə Ağdam klubunun kapitanı Rəşad Sadıqov arasında insident baş verdiyini xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, canlı yayımda efirə düşməyən bu görüntünü azarkeş çəkib.

İnsident zamanı Rəşadın erməni azarkeşi vurub meydandan kənarlaşdırmaq istədiyi görünür.

UEFA-nın qaydalarına əsasən, meydana azarkeş daxil olursa, efirdə həmin görüntülər yayımlanmır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti