Almeydanın kefinə soğan doğradı, Avroliqada həftənin ən yaxşısı seçildi

15 Dekabr 2018 00:40 Avropa Liqası 559
Almeydanın kefinə soğan doğradı, Avroliqada həftənin ən yaxşısı seçildi

Avropa Liqasında qrup mərhələsinin sonuncu - VI turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Fransanın "Renn" komandasının hücumçusu İsmaila Sarr azarkeşlər tərəfindən aparılan sorğuya əsasən, ən yaxşı oyunçu adına layiq görülüb.

İsmaila Sarr VI turda evdə Qazaxıstan "Astana"sını 2:0 hesabı ilə məğlub etdikləri matçda hər iki qolun müəllifi olub.

Komanda bu qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanıb. "Astana"da Azərbaycan millisinin üzvü Riçard Almeyda da çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti