UEFA gələn avrokubok mövsümündə Azərbaycana neçə yer verəcək?

14 Dekabr 2018 14:00 Avropa Liqası 833
UEFA gələn avrokubok mövsümündə Azərbaycana neçə yer verəcək?

Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 2018/2019 mövsümündə 2,375, son 5 mövsümün nəticələrinə əsasən 19,000 xala malik Azərbaycan 26-cı pillədə qalıb.

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin sonuncu oyununda səfərdə İngiltərə “Arsenal”ına 0:1 hesabı ilə uduzması ölkənin mövqeyinə təsir etməyib.

Bu həm də cari mövsüm üçün yekun mövqe deməkdir. Çünki 2019-cu ildə avrokubokda mübarizəni davam etdirəcək 19 ölkənin hamısı reytinq cədvəlində Azərbaycandan öndə qərarlaşıb.

Siyahıya 94,140 xala malik İspaniya başçılıq edir. İngiltərə ikinci (71,605 xal), İtaliya isə üçüncüdür (70.583).

Ccari mövsümdə avrokuboklarda Azərbaycanı “Qarabağ”la yanaşı, “Neftçi”, “Qəbələ” və “Keşlə” təmsil edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti