İngiltərədə "Arsenal" və "Qarabağ" arasında keçirilən Avropa Liqasının VI tur matçında insident baş verib.
Sportinfo.az xəbər verir ki, artırma dəqiqələrində azarkeşlərdən biri meydana daxil olub.
O, əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutaraq, "Qarabağ" futbolçularının üzərinə qaçıb.
Azərbaycan təmsilçisinin oyunçuları və stüardlar təxribata cəhd edən fanatı dərhal zərərsizləşdirərək, meydandan kənarlaşdırıblar.
Onun əynində erməni terrorçu, Qarabağda qətliam törətmiş Monte Melkonyanın şəkli olması diqqət çəkib. Bu da təxribatın öncədən planlaşdırılmasına şübhə yeri qoymur.
Böyük ehtimalla, düşünüblər ki, futbolçularımız qalmaqalın icraçısına əl qaldıracaq, bununla da, UEFA «Qarabağ»a sərt cəzalar kəsəcək. Llakin Rəşad Sadıqovun reaksiyası yerində oldu: kapitan «qırmızı xətt»i aşmadı.
Matçdan sonra Rəşad Sadıqov və Qara Qarayev tribunaya yaxınlaşaraq, Azərbaycan bayraqları götürüb, paltardəyişmə otağına kimi çiyinlərində bayraqla gediblər.

