Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son Azərbaycan çempionu “Qarabağ” 6-cı turda “Arsenal”ın qonağı olub.
Komandalar arasında Bakıda keçirilən ilk görüşdə “topçular” 3:0 hesablı qələbə qazanmışdı. Bu dəfə isə Ağdam klubu minimal hesabla məğlub olub.
Komandaların yer aldığı E qrupunda London təmsilçisi ilə “Sportinq” ötən turdan 1/16 final mərhələsinə vəsiqəni təmin etdiyi üçün bu görüş formal xarakter daşıyırdı.
k.

