Avropa Liqasının qrup mərhələsində sonuncu turun oyunları keçirilir.
SportİNFO.az xəbər verir ki, "Vilyarreal" "Spartak"a 2:0 hesabı ilə qalib gəlib və 1/16 finala yüksəlib.
G qrupunu 10 xalla "Vilyarreal" lider başa vurub. Eyni xalı toplayan "Rapid" ikinci yeri tutaraq mərhələ adlayıb. "Reyncers" 6 xalla 3-cü, "Spartak" 5 xalla 4-cü olub.
"Vilyarreal" - "Spartak" 2:0
Qollar: Samuel Çukvueze, 11, Karl Toko Okambi, 48
Qırmızı vərəqə: Jaume Kosta, 90 ("Vilyarreal")

