Almeyda meydandan çıxdı, "Astana" qrupda qaldı - VİDEO

14 Dekabr 2018 08:00 Avropa Liqası 552
Almeyda meydandan çıxdı, "Astana" qrupda qaldı - VİDEO

Avropa Liqasının qrup mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, millimizin üzvü Riçard Almeydanın şərəfini qoruduğu "Astana" səfərdə "Renn”lə qarşılaşıb.

Oyun meydan sahiblərinin 2:0 hesbalı qələbəsiylə başa çatıb. Fransa klubu bu nəticə ilə qrupda Kiyev "Dinamo"sundan sonra 1/16 finala çıxıb.

Almeyda start heyətdə oyuna çıxıb və 46-cı dəqiqədə əvəzlənib. K qrupunu "Dinamo" (Kiyev) 11 xalla lider başa vurub. "Renn" 9 xalla 2-ci, "Astana" 8 xalla 3-cü, "Yablonets" 5 xalla 4-cü olub.

"Renn" - "Astana" 2:0

Qollar: İsmaila Sarr, 68, 73
Qeyri-dəqiq penalti: Benjamin Buriqeaud, 67 ("Renn")

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti