“Milan” və "Beşiktaş" qrupda qaldı - AVROLİQADA NƏTİCƏLƏR

14 Dekabr 2018 02:21 Avropa Liqası 670
“Milan” və "Beşiktaş" qrupda qaldı - AVROLİQADA NƏTİCƏLƏR

Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son Azərbaycan çempionu "Qarabağ" sonuncu matçında Londonda "Arsenal"ın qonağı olub.

Komandalar arasında Bakıda keçirilən görüş “topçular”ın 3:0 hesablı qələbəsiylə başa çatmışdı. Ağdam klubu səfərdəki görüşdə də məğlubiyyətlə üzləşib.

Qrupun digər oyununda "Sportinq" "Vorskla"nı qəbul edib və inamlı qələbəyə sevinib.

London və Lissabon təmsilçiləri növbəti mərhələni daha öncə təmin etdiyindən, son matçlar formal xarakter daşıyırdı.

Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın şərəfini qoruduğu Qazaxıstan "Astana" klubu səfərdə "Renn"lə qarşılaşıb.

"Astana"ya növbəti mərhələyə yüksəlmək üçün heç-heçə də bəs edirdisə, fransızlar mütləq qələbə qazanmalı idilər.

Qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatdığından, Qazaxıstan klubu qrupda üçüncü yeri tutub və mübarizəni dayandırıb.

Türkiyə təmsilçisi "Beşiktaş" evdə İsveçin "Malmö" komandasını qəbul edib. "Qara qartallar" qələbə qazanacağı təqdirdə, digər görüşün nəticəsindən aslı olmayaraq pley-offa yüksələcəkdi.

Lakin İstanbul klubu minimal hesabla məğlub olub və qrupda üçüncü yeri tutmaqla mübarizəni dayandırmalı olub.

Gecənin ən gözlənilməz nəticələrindən biri də İtaliyanın “Milan” klubunun qrupda qalması olub.

Sözügedən kollektiv səfərdə Yunanıstan təmsilçisi “Olimpiakos”a uduzmaqla pley-offa yüksəlmək şansını əldən verib.

A qrupu

AEK (Kipr) - Bayer (Almaniya) 1:5
Qol: Katala, 26 - Kohr, 28; 68. Alario, 41-pen; 86. Paulinyo, 78.

Ludoqorets (Bolqarıstan) - Sürix (İsveçrə) 1:1
Qol: Şverçok, 45 - Odey, 21.

Bayer – 13, Sürix – 10, AEK – 5, Ludoqorets, 4

B qrupu

Leyptsiq (Almaniya) - Rusenborq (Norveç) 1:1
Qol: Kunya, 47 – Reqiniussen, 86.

Seltik (Şotlandiya) - Zalsburq (Avstriya) 1:2
Qol: Ntçam, 90 - Dabbur, 67. Qulbrandsen, 77.

Zalsburq – 18, Seltik – 9, Leyptsiq – 7, Rusenborq – 1

C qrupu

Kopenhagen (Danimarka) - Bordo (Fransa) 0:1
Qol: Briand, 74.

Slaviya (Çexiya) - Zenit (Rusiya) 2:0
Qol: Jmrhal, 32. Stox, 41.

Zenit – 11, Slaviya – 10, Bordo – 7, Kopenhagen – 5

D qrupu

Dinamo (Zaqreb, Xorvatiya) - Anderlext (Belçika) 0:0

Spartak (Trnava, Slovakiya) - Fənərbaxça (Türkiyə) 1:0
Qol: K.Yılmaz, 41.

Dinamo – 14, Fənərbaxça – 8, Spartak – 7, Anderlext – 3

E qrupu

Arsenal (İngiltərə) - Qarabağ (Azərbaycan) 1:0
Qol: Lakazett, 16.

Sportinq (Portuqaliya) - Vorskla (Ukrayna) 3:0
Qol: Montero, 17. M.Luis, 35. Dallku, 44-öz qapısına.

Arsenal – 16, Sportinq – 13, Vorskla – 3, Qarabağ – 3

F qrupu

Düdelanj (Lüksemburq) - Betis (İspaniya) 0:0

Olimpiakos (Yunanıstan) - Milan (İtaliya) 3:1
Qol: Sisse, 60. Sapata, 70-öz qapısına. Fortunis, 81-pen - Sapata, 72.

Betis – 12, Olimpiakos – 10, Milan – 10, Düdelanj – 1

G qrupu

Rapid (Vyana, Avstriya) - Reyncers (Şotlandiya) 1:0
Qol: Lyubiçiç, 84.

Vilyarreal (İspaniya) - Spartak (Moskva, Rusiya) 2:0
Qol: Çukvueze, 11. Ekambi, 48.

Vilyarreal – 10, Rapid – 10, Reyncers – 6, Spartak – 5

H qrupu

Latsio (İtaliya) - Ayntraxt (Almaniya) 1:2
Qol: Korrea, 56 - Qaçinoviç, 65. Haller, 71.

Olimpik (Marsel, Fransa) - Apollon (Kipr) 1:3
Qol: Toven, 11 - Maqliça, 8-pen; 30. Stilianu, 56.

Ayntraxt – 18, Latsio – 9, Apollon – 7, Olimpik – 1

I qrupu

Beşiktaş (Türkiyə) - Malmö (İsveç) 0:1
Qol: Antonsson, 51.

Genk (Belçika) - Sarpsborq (Norveç) 4:0
Qol: Qano, 3. Peyntsil, 5. Berge, 64. Aydo, 67.

Genk – 11, Malmö – 9, Beşiktaş – 7, Sarpsborq – 5

J qrupu

Akhisar (Türkiyə) - Standard (Belçika) 0:0

Sevilya (İspaniya) - Krasnodar (Rusiya) 3:0
Qol: Ben Yedder, 5; 10. Baneqa, 49-pen.

Sevilya – 12, Krasnodar – 12, Standard – 10, Akhisarspor

K qrupu

Dinamo (Kiyev, Ukrayna) - Yablonets (Çexiya) 0:1
Qol: Dolezal, 10.

Renn (Fransa) - Astana (Qazaxıstan) 2:0
Qol: Sarr, 68; 73.

Dinamo – 11, Renn – 9, Astana – 8, Yablonets – 5

L qrupu

Videoton (Macarıstan) - Çelsi (İngiltərə) 2:2
Qol: Ampadu, 32-öz qapısına. Neqo, 56 - Villian, 30. Jiru, 75.

PAOK (Yunanıstan) - BATE (Belarus) 1:3
Qol: Priyoviç, 59 – Skaviş, 18. Siqneviç, 41-pen; 45.

Çelsi – 16, BATE – 9, Videoton – 7, PAOK – 3

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti