"Hamını təəccübləndirmək üçün "Qarabağ"la matçda..."

13 Dekabr 2018 23:48 Avropa Liqası 679
"Hamını təəccübləndirmək üçün "Qarabağ"la matçda..."

"Qarabağ"la oyunda özümü ən yaxşı tərəfdən göstərməyə çalışacam".

Sportinfo.az xəbər verir ki, bunu "Arsenal"ın yarımmüdafiəçisi Aleks İvobi deyib.

London klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində son görüşünü bu gün Azərbaycan çempionuna qarşı keçirəcək.

Bu mövsüm daha çox ehtiyatdan meydana daxil olan İvobi qarşıdakı oyunda start heyətində yer alacağına inanır. Nigeriya millisinin üzvü "Emireyts"dəki görüşdə yaxşı çıxışı edəcəyinə əmindi:

"Premyer Liqada "Haddersfild"lə oyunun ikinci hissəsində meydanda oldum. Baş məşqçimiz məndən razı qaldığını söylədi. Hər kəsi yaxşı mənada təəccübləndirmək üçün "Qarabağ"la matçda da şans əldə etmək istəyirəm".

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM