“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində İngiltərədə “Arsenal”ın qonağı olacaq.
Sportinfo.az xəbər verir ki, İngiltərə mətbuatı axşamkı oyun üçün ehtimal start heyətlərini və taktiki sxemləri açıqlayıb.
İngiltərə mətbuatının yazdığına görə, bu oyunda “topçular” əsasən, gənclərə üstünlük verəcək. 4-2-3-1 taktiki sxemi ilə meydana çıxacaq London təmsilçisinin baş məşqçisi Unay Emeri qapıda Petr Çexə güvənəcək. Müdafiənin mərkəzində Loren Koselniyə şans verəcək mütəxəssis, orta xətdə Matteo Gunduzini və Məhəmməd Elnenini oynadacaq. Hücum xəttində isə Eddie Nketia olacaq:
Çex; Cenkinson, Sokratis, Koselni, Maitland-Nil; Genduzi, Elneni, Smit-Rou, Villok, İvobi; Nketia.

“Qarabağ”ın isə bu oyunda bir neçə narahatlığı var. Bir müddət əvvəl zədələnən İnnosent Emeqara axşamkı oyunda iştirak edə bilməyəcək. Yeni ilədək oynamaq şansı olmayan futbolçunu bu oyunda Araz Abdullayevin əvəzləyəcəyi gözlənilir.
Qurban Qurbanov qapıda Vaqner Silvaya güvənəcək. Müdafiənin mərkəzində Rəşad Sadıqovla Yakub Jezniçak yer alacaq. Müdafiənin sağında Maksim Medvedev, solunda isə Donald Gerye oynayacaq. Yarımmüdafiədə Qara Qarayevlə Miçel birlikdə mübarizə aparacaq.
4-2-3-1 taktiki sxemi ilə meydana çıxacaq “köhlən atlar”ın bu heyətlə oynayacağı ehtimal olunur:
Vaqner; Rəşad Sadıqov, Yakub Jezniçak, Maksim Medvedev, Donald Gerye, Qara Qarayev, Miçel, Filip Ozobiç, Mahir Mədətov, Abdullah Zubir; Araz Abdullayev.


