"Bu barədə heç nə bilmirəm"

13 Dekabr 2018 22:48 Avropa Liqası 509
"Bu barədə heç nə bilmirəm"

“Biz “Qarabağ”la oynayacağımız matçda qələbə qazanacağımıza inanırıq”.

Sportinfo.az xəbər verir ki, bunu “Arsenal”ın baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda evdə qarşılaşacaqları "Qarabağ"la matçdan öncə deyib.

48 yaşlı mütəxəssis sözügedən qarşılaşmada gənclərə də şans verəcəyini vurğulayıb: “Biz özlərinə əminlik və üzərlərində məsuliyyət hiss edən futbolçulara şans verəcəyik.

Ancaq o, şərtlə ki onlar güclü performans göstərsinlər. Bizim ilkin məqsədimiz qrupun qalibi olmaq idi, buna da nail olduq. Lakin biz "Qarabağ"a hörmətlə yanaşırıq.

Biz bir sıra fərqli oyunçulara, o cümlədən 23 yaşadək futbolçularla meydana çıxacağıq. Eyni zamanda onların arasında Loran Koselni də olacaq.

Onun fiziki formasını görmədən müdafiəçinin bazar günü "Sautgempton"la Premyer Liqa matçını oynayacağına qərar verməyəcəyik".

Emeri Mesut Özilin kürəyindəki zədəni hələ də bərpa edə bilməməsini kompüter oyunu ilə əlaqədar olduğuna dair iddialara belə reaksiya verib.

"Bu barədə heç nə bilmirəm. O, 18 nəfərlik heyətdə yer alacaq. Özilin ilk "11-lik"də, yoxsa sonra meydana daxil olacağına qərar verəcəyik".

Matç dekabrın 13-ü Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bu komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan oyun “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti