"Arsenal" və "Qarabağ"da PROBLEM BOLLUĞU

13 Dekabr 2018 22:00 Avropa Liqası 698
"Arsenal" və "Qarabağ"da PROBLEM BOLLUĞU

Sportinfo.az xəbər verir ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin son turunda səfərdə "Arsenal"ın qonağı olacaq.

Britaniya mətbuatının məlumatına görə, baş məşqçi Unay Emeri son görüşdə ehtiyat qüvvəni meydana buraxacaq.

Heyətində bir neçə itkisi olan "topçular"da digər aparıcı futbolçular həftəsonu Premyer Liqa çərçivəsində "Sauthempton"la matç üçün qorunacaq.

"Qarabağ"la sabahkı qarşılaşmada zədədən qayıdan və oyun praktikasından əziyyət çəkən Petr Çex qapını qoruyacaq.

Müdafiənin mərkəzində Sokratis Papastatopulosa uzunmüddətli zədəsini sağaldan kapitan Loren Keselni tərəfdaşlıq edəcək.

Digər mərkəz müdafiəçiləri zədəli olduğundan, baş məşqçi Sokratisi məcburiyyətdən meydana buraxacaq. Müdafiənin sol cinahında Enzli Meytlend-Naylz, sağında isə Karl Yenkinson yer alacaq.

4-2-3-1 sxeminə görə, müdafiənin önündəki cütlüyü Matteo Qenduzi ilə Mohamed Elneni təşkil edəcək. Onların qarşısında pleymeyker funksiyasını Co Uillok yerinə yetirəcək.

Cinahlardan Aleks İvobi (sol) və Emil Smit-Rou (sağ) hücuma dəstək olacaq. Emeri hücumçu qismində Eddi Nketiaya güvənmək istəyir.

"Arsenal": Petr Çex - Enzli Meytlend-Nailz, Loran Koselni, Sokratis Papastatopulos, Karl Cenkinson - Məhəmməd Elneni, Mateo Qenduzi - Co Uillok, Emil Smit-Rou, Aleks Ayobi - Eddi Nketia

"Qarabağ": Vaqner Silva - Maksim Medvedev, Rəşad Sadıqov, Yakub Jezniçak, Donald Gerye - Qara Qarayev, Miçel, Dani Kintana, Abdullah Zubir, Mahir Mədətov, Araz Abdullayev.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti