Özil "Qarabağ"la oynayacaq?

13 Dekabr 2018 21:12 Avropa Liqası 559
Özil "Qarabağ"la oynayacaq?

"Arsenal”ın yarımmüdafiəçisi Mesut Özil Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda “Qarabağ”a qarşı ev oyununda meydana çıxa bilər.

Sportinfo.az xəbər verir ki, təxminən 1 aya yaxındı çiynindəki zədədən əziyyət çəkən türk əsilli alman futbolçu tam sağalıb.

Artıq komanda ilə birlikdə məşqlərdə iştirak edən Özilin Aaron Remzinin yerinə start heyətində yer alacağı gözlənilir.

“Emireyts” stadionunda keçiriləcək “Arsenal” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!