Maksim Medvedev: "Bizi çətin və maraqlı 90 dəqiqə gözləyir"

13 Dekabr 2018 13:24 Avropa Liqası 1 327
Maksim Medvedev: "Bizi çətin və maraqlı 90 dəqiqə gözləyir"

"Rəqibi xüsusi təqdim etməyə ehtiyac yoxdu".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Arsenal"la keçiriləcək oyundan əvvəl mətbuat konfransında deyib.

Təcrübəli müdafiəçi görüşün formal xarakter daşımasına baxmayaraq, 90 dəqiqə ən yaxşı oyunlarını sərgiləməyə çalışacaqlarını bildirib:

"Bu görüş nəticə baxımından ola bilər ki, o qədər də əhəmiyyət daşımır. Buna baxmayaraq, çalışacağıaq ki, meydana çıxıb, əlimizdən gələnin ən yaxşısını edək. Bizi çətin və maraqlı 90 dəqiqə gözləyir".

Londondakı "Emirates" stadionunda keçiriləcək "Arsenal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlanayaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM