"Qarabağ"ın yeganə çıxış yolu: Hər xətdən skamyaya qədər...

12 Dekabr 2018 12:36 Avropa Liqası 699
"Qarabağ"ın yeganə çıxış yolu: Hər xətdən skamyaya qədər...

Avropa Liqasının qrup mərhələləsində “Qarabağ” üzərində qələbə qazanan “Sportinq” 1/16 finala adladı.

Bu qalibiyyət Portuqaliya klubunun tarixinə keçdi.

Belə ki, “Sportinq” 17 ildən sonra avrokuboklarda ilk dəfə 6:1 hesabı ilə qalib gəldi və rekordunu təkrarladı.

Lissabon təmsilçisi sonuncu dəfə əvvəlki adı UEFA Kuboku olan bu turnirdə eyni hesabla qələbə qazanmışdı.
2001-02 mövsümünün II mərhələsində İsveç “Halmstad”ı Portuqaliya səfərindən 1:6 hesablı məğlubiyyətlə dönmüş, Mario Jardel het-trikə imza atmışdı.

Bu, Azərbaycan klublarının avrokuboklar tarixində 45-ci böyükhesablı yenilgisidi. Bakı Olimpiya Stadionundakı görüşədək təmsilçilərimiz 44 ağır məğlubiyyət yaşamışdı.

Qitə miqyaslı klub turnirlərində oynamış 18 klubdan 13-ü darmadağınla üzləşib. Ən çox belə nəticə yaşayan isə “Qarabağ”dı.

Ağdam klubu avrokuboklarda 15-ci dəfə böyük hesabla uduzub. Bu rəqəm “Neftçi”də 7, “Kəpəz”də 4-dü.

Zənnimcə, «Qarabağ» təkcə gün kimi aydın ön xəttini deyil, həm də kompleks olaraq, yeniliyə doğru addımlar atmalıdı.

Qış fasiləsində bunu başlamağa məcbur olan komanda yayda mövzunu tamamlaya bilər. Əks halda, gələn mövsüm durğunluğun tənəzzülə çevrilməsi ilə davam edəcək.

Klubun etibarlı sayılan müdafiəsi də artıq post-Rəşad erasına hazırlanmalıdı. Burda mövcud sanballı yerli futbolçularla ansambl yarada biləcək kadrlara ehtiyac hiss olunur.

Məşqçi korpusu da özünə yeni ovqat gətirmək üçün cərgəsinə birini əlavə etməlidi. Bu biri dediyimiz yeni tərz naminə ölkə kənarından təzə qan olsa, yaxşıdı.

Bir sözlə, «Qarabağ» artıq elə yenilənməlidi ki, buna qədər bir dəfə başladığı yüksəlişin sonucuna çevrilmiş qəfil yuvarlanmaya məruz qalmasın.

Çünki dirçəlib tənəzzül edən liderlərin «Qarabağ» kimi kökü olan bir klubla davam etməsi Azərbaycan futbolunu quyunun dibinə aparacaq.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti