"Qarabağ"ın London qrafiki

11 Dekabr 2018 11:00 Avropa Liqası 683
"Qarabağ"ın London qrafiki

Dekdabrın 13-də Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turunda “Arsenal”ın qonağı olacaq “Qarabağ”ın səfər proqramı bəlli olub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu dekabrın 11-də saat 18:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan çarter reysi ilə Londona yola düşəcək.

Baş məşqçi Qurban Qurbanovun dekabrın 12-ə nəzərdə tutulan oyunöncəsi mətbuat konfransı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Komandanın açıq məşqi isə saat 23:00-a təyin edilib.

Londondakı “Emireyts” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bu komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan oyun “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM