"Arsenal" - "Qarabağ": Oyunun müqəddəratı kimin əlindədi?

11 Dekabr 2018 00:30 Avropa Liqası 468
"Arsenal" - "Qarabağ": Oyunun müqəddəratı kimin əlindədi?

Avropa Liqasının qrup mərhələsinin VI turunda “Arsenal” və “Qarabağ” arasında keçiriləcək oyunun hakimləri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, dekabrın 13-də Londondakı “Emireyts” stadionunda baş tutacaq görüş danimarkalı ədalət təmsilçilərinə həvalə olunub.

Matçın baş hakimi Yens Moedir. Lars Hummelqorla Heyne Serensen yan xatt hakimləri qismində təyinat alıblar.

Qarşılaşmanın dördüncü hakimi Esper Dal, əlavə köməkçilər isə Yorgen Burxardt və Morten Kroq olacaq. Yunanıstanlı Stavros Tritsonis hakim-inspektor, finlandiyalı Styrbjörn Oskarsson isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bu komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan oyun “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti