Özil "Qarabağ" üçün başladı

10 Dekabr 2018 18:48 Avropa Liqası 580
Özil "Qarabağ" üçün başladı

Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"ı qəbul edəcək "Arsenal" matçın hazırlıqlarına başlayıb.

Sportinfo.az xəbər verir ki, London klubunun zədəli futbolçusu Məsut Özil sıraya qoşulub.

Son dəfə bir ay əvvəl - noyabrın 11-də "Vulverhempton"la matçda meydana çıxan yarımmüdafiəçi son dörd oyunu buraxıb.

Türk əsilli futbolçunun “Qarabağ”la oyunda iştirak edib-etməyəcəyi fiziki hazırlıq üzrə məşqçinin rəyindən asılıdır.

"Arsenal" - "Qarabağ" oyunu dekabrın 13-də Londondakı "Emireyts" stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM