Bu ulduzları "Qarabağ"dan qoruyacaqlar? - FOTO

7 Dekabr 2018 15:00 Avropa Liqası 692
Bu ulduzları "Qarabağ"dan qoruyacaqlar? - FOTO

"Mançester Yunayted" ilə 2:2 etdiyi İngiltərə Premyer Liqasının XV tur oyununda "Arsenal"ın 2 futbolçusu zədələnib.

Sportinfo.az xəbər verir ki, bunlar Rob Holdinqlə Aaron Remzidi.

Holdinq 36-cı dəqiqədə dizindən xəsarət alıb. Meydanı xərəkdə tərk edən 23 yaşlı müdafiəçini Stefan Lixştayner əvəzləyib.

3 aydan sonra ilk dəfə matça start heyətdə çıxan uelsli orta sahə oyunçusu isə ikinci hissədə meydanda olmayıb.

Baş məşqçi Unay Emeri 28 yaşlı Remzinin zədəsinin ciddi olmadığını söyləsə də, Holdinqlə bağlı böyük problemlə üzləşə biləcəklərini vurğulayıb. Onun sözlərinə görə, ilkin əlamətlər heç də pozitiv deyil.

Əsas komandaya gəlişindən sonra böyük irəliləyişə nail olan istedadlı oyunçu özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Holdinqin yoxluğu "Arsenal"ın müdafiə xəttinə ciddi zərbə vura bilər.

Hazırda Loran Koselni və Naço Monreal da zədəlidir. Emeri Koselninin "Qarabağ"la keçirəcəkləri Avropa Liqasının VI tur matçına qədər hazır olacağını bildirib.

Rob Holdinq "Arsenal"ın sentyabrın 20-də Bakıda "Qarabağ"la oynadığı qarşılaşmada sonadək meydanda olub və 43-cü dəqiqədə sarı vərəqə alıb. Bu komandalar Londonda dekabrın 13-də üz-üzə gələcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti