"Arsenal"ın "koç"u söylədi: "Qarabağ"la oyun onun üçün..."

6 Dekabr 2018 19:36 Avropa Liqası 525
"Arsenal"ın "koç"u söylədi: "Qarabağ"la oyun onun üçün..."

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Arsenal" ciddi itki ilə üzləşib.

İngiltərə Premyer Liqasının 15-ci turunun "Mançester Yunayted"lə səfər oyununda (2:2) zədələnən Rob Holdinqin durumu ciddidi.

Komandanın baş məşqçisi Unai Emeri dünən matçdan sonra keçirilən mətbuat konfransında bildirib ki, gənc müdafiəçi uzun müddət yaşıl meydanlardan kənarda qala bilər:

"Bizin üçün ən pis hadisə Holdinqin zədələnməsi oldu. Həkimlərin nə deyəcəyini gözləyirik. Amma bu ciddi zədə ola bilər. Çünki diz nahiyyəsidir, uzun müddət oynamaya bilər".

"Mançester Yunayted"lə qarşılaşmada zədə alan digər futbolçu Aaron Remsinin durumuna da aydınlıq gətirən ispan məşqçi uelsli yarımmüdafiəçi ilə bağlı ciddi problem olmadığını söyləyib.

Emeri uzun müddətdir zədədən əziyyət çəkən komandanın əsas müdafiəçisi, eyni zamanda kapitanı Loran Koselni haqda da danışıb.

Təcrübəli mütəxəssis fransalı futbolçunun Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunda "Qarabağ"la keçirəcəkləri oyunda meydana çıxa biləcəyini deyib:

"Loran demək olar ki, oynamağa hazırdır. Nə vaxt meydana çıxa bilər? Bu haqda düşünürük. Dəqiq deyə bilmərəm.

Amma bu həftəsonu Premyer Liqada "Haddersfild"lə matçda forma geyinə bilər. "Qarabağ"la oyuna kimi isə tam hazır olacaq. Bu, onun üçün zədədən sonra yaxşı başlanğıc ola bilər".

Dekabrın 13-də keçiriləcək "Arsenal" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti