Azərbaycan futbolunun, eləcə də “Qarabağ”ın tarixinə qara hərflərlə yazılmış “Sportinq” məğlubiyyəti statistika baxımından Rəşad Sadıqov üçün yenilik olub.
Sportinfo.az xəbər verir ki, Ağdam klubunun kapitanı avrokuboklarda 100-cü oyununa çıxıb.
Bəs Rəşad Sadıqovdan sonra ən yaxşı göstəriciyə malik olan azərbaycanlı kimdi? Bu, Ağdam klubunun və millinin vitse-kapitanı Maksim Medvedevdi.
Meydançada Rəşad Sadıqovla bəzən mərkəzdə tandem təşkil edən Maksimin aktivində 80 avrokubok oyunu var. Onun daha təcrübəli həmkarının uğurunu təkrarlayacağı şübhə doğurmur.

