
Xəbər verdiyimiz kimi, “Qarabağ” doğma meydanda “Sportinq”ə 1:6 hesabı ilə məğlub olub.
Sportinfo.az xəbər verir ki, oyunun 80-ci dəqiqəsində azarkeşlərin çoxu stadionu tərk edib.
Yalnız klubun fan-klubları və azsaylı tamaşaçı matçı sona qədər izləyib. Stadionun boş qalmasından sonra maraqlı foto lentə alınıb.
Fotoda yalnız əskərlərin stadionda qaldığı görünür. Fotonu blogger Bəxtiyar Hacıyev lentə alıb.

