Avroliqanın növbəti turunda “Arsenal” səfərdə “Vorskla”nı 3:0 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Unay Emeri növbəti turda “Qarabağ”a qarşı keçiriləcək oyun barəsində danışıb:
“Yaxşı oynadıq. 18 yaşlı Smit Rou və 19 yaşlı Co Uillokun oyunlarından razıyam. Hər iki futbolçu da gəncdir, gələcəkləri qabaqdadı.
Qrup mərhələsini lider başa vurma istəyirtik. “Qarabağ”la dekabrın 13-də Londonda keçiriləcək oyunda yenə gənclərə şans verəcəm”.

