Rəşad Sadıqov bu münasibətlə nə qonaqlıq verdi, nə də…

1 Dekabr 2018 15:36 Avropa Liqası 621
Rəşad Sadıqov bu münasibətlə nə qonaqlıq verdi, nə də…

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Sportinq” ilə oyun “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı kapitan avrokuboklarda 100-cü oyununa çıxıb.

Sadıqov bu göstəriciyə nail olan ilk azərbaycanlı futbolçu kimi tarixə düşüb. Bu münasibətlə UEFA-nın Klub Yarışlarının Təşkili Komitəsinin sədri Mixael Heselşverdt ona 100 nömrəli forma hədiyyə edib.

Qitə miqyaslı turnirlərdə 15-ci mövsümünü keçirən mərkəz müdafiəçisi bu oyuna qədər 99 oyunda 8414 dəqiqə meydanda olmuşdu. Sadıqov bu görüşlərdə 7 qol vurub, 11 sarı və 1 qırmızı vərəqə almışdı.

Sadıqov bu rəqəmə 3 klubda çatıb: “Neftçi”, “Kayserispor” və “Qarabağ”. 2001-ci ildə UEFA Kubokunda “Neftçi”nin “HİT Qoritsa” ilə matçında debüt edən Rəşad “ağ-qaralar”ın heyətində ümumilikdə 18 görüş keçirib.

Legioner kimi “Kayserispor”da 5 oyuna çıxan müdafiəçi “Qarabağ”da 77 dəfə oynamaq imkanı qazanıb.

Sadıqov 100 matçın 31-ni Çempionlar Liqasında, 59-nu UEFA Kuboku/Avropa Liqasında (6 qol), 10-nu İntertoto Kubokunda (1 qol) keçirib.

O, həm də Avropa Liqasında ən çox oyun keçirən azərbaycanlı futbolçudu və bütün Avropa üzrə ilk “50-lik”dədi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti