"Sportinq"in yarımmüdafiəçisi "Qarabağ" faciəsinin sirrini dedi

30 Noyabr 2018 15:00 Avropa Liqası 698
"Sportinq"in yarımmüdafiəçisi "Qarabağ" faciəsinin sirrini dedi

"Heç bir görüş asan olmur, yaxşı oynadıq, 90 dəqiqə boyunca matça kökləndik.

Hesabı erkən açdıq və ilk hissənin sonuna qədər daha 2 qol vura bildik.

İkinci hissədə də yaxşı oyunumuzu davam etdirdik və qollar vurub matçın taleyini həll etdik".

Sportinfo.az xəbər verir ki, bunu "Sportinq"inifutbolçusu Nemanya Qudel Bakıda "Qarabağ"a 6:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin V tur matçından sonra deyib.

Qudel sonadək meydanda olub. 27 yaşlı yarımmüdafiəçi Avropa Liqasındakı məqsədlərindən danışarkən, yeni baş məşqçi Marsel Kayzer haqda da fikirlərini bölüşüb:

"Əlbəttə, finala qədər irəliləmək istəyirik. Əla komandamız var və yaxşı futbol nümayiş etdiririk. Yeni baş məşqçimiz bizdən qısa ötürmələrdən daha çox istifadə etməyimizi istəyir.

O, topu itirdikdən sonra 5 saniyə içində geri almağımızı tələb edir. Vaxt keçdikcə daha da yaxşı olacağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti